ƏBU MUSA ƏŞƏRİ

(44/666 ildə vəfat etmişdir) – Məhəmməd peyğəmbərin ən tanınmış səhabələrindən biri olmuşdur. Yəməndən olan Əbu Musa Əşərinin əsl adı Abdullah olmuşdur. O, İslamı ailəsi ilə birlikdə Yəməndə, Məhəmməd peyğəmbərlə qarşılaşmazdan əvvəl qəbul etmişdirlər. O, hicrət edən müsəlmanlarla görüşmək üçün Həbəşistana getmişdir. Xeybər döyüşündən sonra Mədinəyə köçmüşdür. Məhəmməd peyğəmbər onu döyüşçülərdən biri kimi dəyərləndirmiş, qənimətdən ona da pay ayırmışdır. Sonra Əbu Musa Əşəri Məkkənin alınmasında, Hüneyn döyüşündə, Təbük yürüşündə də iştirak etmişdir. Sonralar Məhəmməd peyğəmbər onu Muaz ibn Cəbəl ilə birlikdə yəmənliləri İslama dəvət etmək üzrə oraya göndərmişdir. Yəməndən qayıtmış Əbu Musa peyğəmbərin vida həccində iştirak etmişdir. Məhəmməd peyğəmbərin vəfatından sonra Əbu Musa Xilafətin möhkəmlənməsində iştirak etmişdir. Xəlifə Ömər onu Hədrəməutun (Cənubi Ərəbistan) valisi vəzifəsinə təyin etmişdir. Ancaq sonra o, istefa vermiş və İraq döyüşlərinə qatılmışdır. Ona Nüseybini almaq tapşırılmışdır. Bu tapşırığı o, uğurla yerinə yetirmişdir. Bundan sonra xəlifə Ömər ona Bəsrənin valisi vəzifəsinə təyin etmişdir. Bu vəzifədə olarkən Əbu Musa idarə etmə işlərini yaxşı yerinə yetirmiş, döyüşlərdə uğur əldə edə bilmişdir. O və onun ordusu iranlılara qalib gələ bilmişdirlər. Onların sərkərdəsi tutularaq Mədinəyə xəlifə Ömərin hüzuru gətirilmişdir. Bu uğurdan sonra müsəlmanlar Xuzistanı ala bilmişdirlər. Daha sonra iranlılar Qadisiyyə döyüşündə bu məğlubiyyətin əvəzini çıxmağa cəhd etsələr də, ancaq yenə də məğlub olmuşdurlar. Xəlifə Ömər Kufə valisi olmuş Əmmarı geri çağırdıqdan sonra, Əbu Musa Əşərini onun yerinə təyin etmişdir. Ancaq, sonra xəlifə onu yenidən Bəsrə valisi vəzifəsinə qaytarmışdır. Hicrətin 23-cü ilində müsəlman qoşunları tərəfindən İsfəhan şəhərinin alınmasında Əbu Musanın böyük rolu olmuşdur. Xəlifə Ömərin vəfatından sonra Əbu Musa 6 il Bəsrə valisi olmuşdur. 29-cu ildə xəlifə Osman onu geri çağırmış Abdullah ibn Əmiri onun yerinə təyin etmişdir. 34-cü ildə Əbu Musa Əşəri yenidən Kufə valisi olmuşdur. Xəlifə Osmanın vəfatından sonra o, yeni xəlifə olmuş Əlinin xəlifəliyini tanısa da, Xilafətdəki daxili savaşda aktiv iştirak etməmişdir. Süffeyn döyüşündən sonra qurulan məhkəmədə o, xəlifə Əlinin təmsilçisi olmuşdur. Bu məhkəmədə Əbu Musa hər iki tərəfin (Əli və Müaviyənin) yanlış yolda olduğunu, onların vəsifələrindən kənarlaşmasını, yeni xəlifənin seçilməsinin vacibliyini dilə gətirmişdir. Əvvəlcədən danışıldığı kimi Müaviyənin təmsilçisi olmuş Əmir ibn As da bunları deməli idi. Ancaq Əbu Musadan sonra çıxış edən Əmir, Müaviyənin yanlış yolda olduğunu dilə gətirməkdən çəkinmişdir. Bununla da o, öncədən verdiyi sözdən dönmüşdür. Əmirin bu addımından sonra problemlərin sülh yolu ilə həll olunma imkanının ortadan qalxdığı üçün daxili müharibə yenidən başlanmışdır. Məhkəmədən sonra Əbu Musa Əşəri tamamilə siyasətdən uzaqlaşıb Məkkəyə getmiş, orada həyatını davam etdirmişdir. Əbu Musa Əşəri olduqca bilikli bir şəxs olmuşdur. Bəsrə və Kufənin valisi vəzifələrində olarkən o, çoxlu işlər görmüşdür. Elm və təhsilin inkişafına yardımlar etmiş, cəmiyyət üçün vacib olan müəssisələri inşa etdirmişdir. İslam tarixində Əbu Musa 360-a qədər hədisin ravisi kimi də tanınmışdır.
ƏBU MƏNSUR MATURİDİ
ƏBU SƏİD XUDRİ
OBASTAN VİKİ
Yesai Əbu Musa
Yesai Əbu Musa (və ya İsa ibn İstifanus; bilinmir – bilinmir) – Mənşəcə Qafqaz albanlarından olan Beyləqan hakimi. "Ağvan tarixi"ndə qeyd edilmişdir ki, təqribən 830/1-ci ildə pavlikianlar Bercor vilayətinə və Artsak əyalətindəki Ureas, Kamakaş, Həkəri və Tapat kəndlərinə basqın etmişdilər, lakin knyaz Stepan Ablasad onları Babəkin köməyi ilə məğlub etdi. Erməni tarixinin 279 (830–831)-cu ilində pavlikian başçıları Davon və Şapux knyaz Ablasadı öldürdülər və yenidən üsyan edən pavlikianlar Qoroz qalasında möhkəmləndilər və "Ağvan tarixi"nin verdiyi məlumata görə, 12 il ərzində Arranın aşağıdakı vilayətlərini əllərində saxladılar: Yuxarı Vaykunik Bercor, Sisakan [və Kotak], [Mivs] Haband, Amaras, Pazkank, Mxank və Tri . "Bundan sonra Ablasadın yaxın adamları onun qatillərini tutub əzabla öldürdülər və Ablasadın bacısı oğlu olub, dinclik sevən və Əbu Musa adlanan Yesai həmin vilayətləri tutdu [və] hamısına hökmranlıq etdi"'. Erməni tarixinin 289 (840–841)-cu ilində pavlikianlar yenidən üsyan qaldırdılar və mənbəyin verdiyi məlumata görə, Sisan Cor və Amaras mahallarını talayıb viran etdilər. Əbu Musa adlanan Yesai də onlara qarşı qalxaraq darmadağın etdi. Gördüyümüz kimi, bu zaman güclü və nüfuzlu knyaz olan Yesainin əhəmiyyəti yüksəldi. Əbu Musa digər alban knyazları kimi əvvəlcə Babəklə ittifaqda olmuşdur. Babəkin zəifləməsi və kəndlilərin verə bilmədiyi taxılı feodallardan yığması Əbu Musanı ondan uzaqlaşdırmışdır. Bəzz qalası ərəblər tərəfindən işğal ediləndə Babək Səhlin yanına , onun qardaşı Abdullah isə Beyləqana gəlir və Yesai Əbu Musa Abdullahı Afşinə təhvil verir .
Əbülhəsən Əşəri
Əbülhəsən Əşəri(ərəb. ابو الحسن علي بن إسماعيل الأشعري‎) (təq. 873[…], Bəsrə, İraq, Abbasilər xilafəti – təq. 935, Bağdad, İraq, Abbasilər xilafəti) — Ərəb ruhanisi, filosofu, Əşərilər təriqətinin yaradıcısı. Ömrünün təxminən 35 ilini mütəzilə əqidəsində keçirib, əqli elmlərdə məharət sahibi olduqdan sonra, o məzhəbi tərk edərək Əhli Sünnətin məzhəbinə keçmiş və məharətini bu əqidənin müdafiəsi üçün sərf etmiş, xüsusilə əqli cəbhədəki ehtiyacı qarşılamışdır. Dönüş səbəbi isə, Allahın Rəsulunu dəfələrlə yuxuda görməsi və ona "sünnətimə dəstək çıx, olduğun yoldan (itizaldan) uzaqlaş" deməsi və bunu dəfələrlə yuxuda təkrarlaması olmuşdur. İmam, bundan sonra hər şeyi kənara buraxıb bir müddət dəlilləri qarşılaşdırmış, üzərində düşünmüş və nəhayət Əhli Sünnət məzhəbinə keçərək, bütün köhnə kitablarını etibarsız elan etmişdir. Belə ki, o mütəzilənin imamlarıyla münazirə etmək üçün məclislər qurar və onları daha öncə məğlub olmadıqları şəkildə məğlub edərdi. Əbu Səhlin rəvayətinə görə, o Bəsrədə mütəzilə məzhəbindən olan bir qrup alimlə münazirə məqsədilə məclis qurdu. Münazirədə iştirak edən alimlər tək tək məğlub olub susdular.
Əl-Əşəri
Əbülhəsən Əşəri(ərəb. ابو الحسن علي بن إسماعيل الأشعري‎) (təq. 873[…], Bəsrə, İraq, Abbasilər xilafəti – təq. 935, Bağdad, İraq, Abbasilər xilafəti) — Ərəb ruhanisi, filosofu, Əşərilər təriqətinin yaradıcısı. Ömrünün təxminən 35 ilini mütəzilə əqidəsində keçirib, əqli elmlərdə məharət sahibi olduqdan sonra, o məzhəbi tərk edərək Əhli Sünnətin məzhəbinə keçmiş və məharətini bu əqidənin müdafiəsi üçün sərf etmiş, xüsusilə əqli cəbhədəki ehtiyacı qarşılamışdır. Dönüş səbəbi isə, Allahın Rəsulunu dəfələrlə yuxuda görməsi və ona "sünnətimə dəstək çıx, olduğun yoldan (itizaldan) uzaqlaş" deməsi və bunu dəfələrlə yuxuda təkrarlaması olmuşdur. İmam, bundan sonra hər şeyi kənara buraxıb bir müddət dəlilləri qarşılaşdırmış, üzərində düşünmüş və nəhayət Əhli Sünnət məzhəbinə keçərək, bütün köhnə kitablarını etibarsız elan etmişdir. Belə ki, o mütəzilənin imamlarıyla münazirə etmək üçün məclislər qurar və onları daha öncə məğlub olmadıqları şəkildə məğlub edərdi. Əbu Səhlin rəvayətinə görə, o Bəsrədə mütəzilə məzhəbindən olan bir qrup alimlə münazirə məqsədilə məclis qurdu. Münazirədə iştirak edən alimlər tək tək məğlub olub susdular.
Əbu Musa əl-Əşari
Əbu Musa Abdullah ibn Qeys bin Süleym əl-Əşari (d.? - ö. 662)— Həkəm vəqasında Həzrət Əlini təmsil edən fəqih səhabə. Yəmənin Zəbid şəhərində oturan, əxlaq və məziyətləri Həzrət Peyğəmbər tərəfindən öyülən Əşar qəbiləsindəndir. Anası Zabyə (Tufyə) bint Vəhb Mədinəyə hicrət edib orada vəfat edən səhabədəndir. Həzrət Peyğəmbərin xalqı İslama dəvət etdiyi duyulunca Əbu Musa ilə iki qardaşının da aralarında olduğu əlli iki nəfərlik bir heyət onun yanına getmək üzrə bir gəmiyə mindi; fəqət gəmi pis hava şərtləri üzündən Həbəşistana sürükləndi. Heyət mənsubları, Cəfər ibn Əbu Talib və yoldaşlarının orada olduğunu öyrənincə bir müddət Həbəşistanda qaldılar.628-ci ildə Xeybərin fəthi sırasında Həbəşistandakı müsəlmanlarla birlikdə Mədinəyə döndülər və Həzrət Peyğəmbərin Xeybərdə olduğunu öyrənincə oraya getdilər. Ələ keçən qənimətdən onlara pay verən Rəsul-i Əkrəm, həm Həbəşistana, həm də Mədinəyə hicrət etmələri səbəbiylə iki hicrət səvabı aldıqlarını söyləyərək onları təbrik etdi;. Əbu Musanın müsəlman olmasıyla ilgili bilgi verən bəzi qaynaqlar isə onun Məkkədə İslamiyəti qəbul edərək məmləkətinə döndüyünü və daha sonra müsəlman olan Əşarilərlə birlikdə Cəfər ibn Əbu Talib və yoldaşlarının Həbəşistandan döndükləri tarixdə Mədinəyə getdiklərini, dolayısıyla Həbəşistana hicrət etmədiklərini qeyd edir. Əbu Musa Xeybərin fəthindən sonra aparılan qəzvə və səriyyələrə qatıldı.
Musa
Musa (ivr. ‏מֹשֶׁה‏‎; ən tezi e.ə. 1689 və ən geci e.ə. 1391 – ən tezi e.ə. 1473 və ən geci e.ə. 1271) — Allahın elçisi, Misirdə doğulmuş yəhudi əsilli peyğəmbər. Musa Xristianlıq, İslam və Bəhailik kimi İbrahimi dinlərdə mühüm peyğəmbər və yəhudilikdə ən böyük peyğəmbərdir. Rabbinik Yəhudilik Musanın e.ə. 1391–1271-ci illər arasında yaşadığını iddia edir. Elm dünyası Musaya bənzər bir fiqurun mövcud ola biləcəyi ehtimalını nəzəra alır, lakin üstünlük təşkil edən konsensus onun daha çox mifik bir şəxsiyyət olmasıdır.
Əbu
Əbu Dücanə
Hz. Musa
Musa (ivr. ‏מֹשֶׁה‏‎; ən tezi e.ə. 1689 və ən geci e.ə. 1391 – ən tezi e.ə. 1473 və ən geci e.ə. 1271) — Allahın elçisi, Misirdə doğulmuş yəhudi əsilli peyğəmbər. Musa Xristianlıq, İslam və Bəhailik kimi İbrahimi dinlərdə mühüm peyğəmbər və yəhudilikdə ən böyük peyğəmbərdir. Rabbinik Yəhudilik Musanın e.ə. 1391–1271-ci illər arasında yaşadığını iddia edir. Elm dünyası Musaya bənzər bir fiqurun mövcud ola biləcəyi ehtimalını nəzəra alır, lakin üstünlük təşkil edən konsensus onun daha çox mifik bir şəxsiyyət olmasıdır.
Kalba Musa
Kalba Musa (1856, Naxçıvan – 1924, Göyçay) – Azərbaycan xeyriyyəçisi. 1901–1909-cu illər arasında hələ də şəhər sakinləri tərəfindən istifadə olunan su quyularını xeyriyyə məqsədilə qazdırıb şəhərin su təminatını yaxşılaşdırmışdır. Kalba Musa XIX əsrin sonlarında ailəsi və qohumlarının köməyi ilə icarəyə götürdüyü torpaqlarda təsərrüfat yaradaraq tezliklə varlanmış, xeyriyyəçiliklə məşğul olmuşdur. Sudan qıtlıq çəkən Naxçıvana "Kabla Musa çeşməsi" adlı məşhur bulağı çəkdirmişdir. Kabla Musa bu məqsədlə 1901-ci ildə Naxçıvan şəhərindən 3 kilometr yuxarıda Şıxmahmud kəndinin yanında, Naxçıvan çayının sağ yatağında quyular qazdırıb şəhərin əsaslı su təminatını yaratmaq üçün ən təcrübəli, bacarıqlı kankanları ətrafına toplayır. Sər-hesab edərək belə qənaətə gəlir ki, burada azı 130–140 quyu qazılmalıdır. Dərinliyi 30–35 metrə çatacaq bu quyuları yeraltı lağım atıb bir-birinə bənd eləməklə şirin suyu öz axarı ilə şəhərə gətirmək lazımdır. Bu işdə ən çətin məsələ o dövrdə lazımi alət və texniki vasitələr olmadan bir-birindən 60–80 metr aralı olan quyuların yeraltı xətlərlə birləşdirilməsi idi. Balaca əl torbalarında uzun kəndir-sicimlərlə bu qədər torpağı yerin dərinliyindən qazıb-çıxaran kankanların işi, sözün əsl mənasında, böyük fədakarlıq idi. Səkkiz il sərasər 135-dək quyu qazılır və lağım vasitəsilə birləşdirilir.
Mansa Musa
Mansa Musa (təq. 1280, Mali imperiyası – ən tezi 1332 və ən geci 1337) — 1307/12-1332/37-ci illərdə hakimiyyətdə olmuş orta əsr Mali dövlətinin mansası (ali hökmdar). Keyta sülaləsinin nümayəndəsi idi. Mali dövlətinin banisi Sundiat Keytanın qardaşı oğlu idi. May ayının ilk ongünlüyündə anadan olmuş, bu təxminən 1 maydan 8 maya qədərdir və avqustun son ongünlüyündə ölmüşdür - bu isə 24-31 avqust aralığını əhatə edir. Onun hakimiyyəti illərində Mali tarixində ən böyük ərazilərə sahib idi. Ölkə əhəmiyyətli dərəcədə böyümüş və mədəni inkişafının zirvəsinə çatmışdır. Musanın hökmranlığı əsasən o dövrün ərəb salnaməçilərinin qeydlərindən məlumdur: ən dolğun məlumatları - Şihab əd-din Əhməd ibn Yəhya ibn Fadlallah əl-Omari ad-Dimashki (ərəb. شهاب الدين احمد ابن يحيى ابن فضل الله العمري الدمشقي‎), İbn-Bətutə Əbu Abdullah Məhəmməd ibn Abdullah al-Lavati at-Tancı (ərəb. أبو عبد الله محمد ابن بطوطة‎‎) və Əbu Zeyd Əbdürrəhman ibn Məhəmməd ibn əl Hədrami (ərəb.
Mirzə Musa
Mirzə Musa (fars. میرزا موسى‎; azərb. Ağayi-Kəlim‎) — Bəhai dininin banisi Bəhaullahın qardaşı, bəhailikdə 19 həvaridən biri. Şövqi Əfəndi tərəfindən tərtib edilmiş həvarilərin sıralamasında Mirzə Musa mühüm yer tutur. Dinin əsas fiquru sayılan Bəhaullahın ata-ana bir qardaşı olan Mirzə Musa Bəhai dininin yayılmasında qardaşı ilə birgə xidmətlər göstərmişdir. Bəhailərin, Bəhaullahın və oğlu Əbdül-Bəha Abbasın təqiblərə məruz qalması Mirzə Musadan yan keçməmiş, qardaşı kimi tez-tez təbliğ etdiyi dini ideyalara görə incidilmişdir. Bəhai tarixində təsvir olunduğu kimi, Mirzə Musa son günə qədər inancında dəyanətli qalmışdır və qarşılaşdığı bütün məhrumiyyətlərə baxmayaraq öz fikirlərindən imtina etməmişdir. Bəhaullah qanunlara olan hörmətini göstərmək üçün Mirzə Musanı nümunə kimi təqdim etmişdir.
Molla Musa
Molla Musa — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Düzkənd (Axuryan) rayonunda kənd. Rayon mərkəzindən 12 km cənubda, Gümrü şəhərindən 5 km qərbdə, Arpaçayın sağ sahilində yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tabeliyində olmuşdur. Toponim Molla Musa şəxs adı əsasında formalaşmışdır. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Kəndin adı 1920-ci ildə dəyişdirilib Musakan qoyulmuşdur. Bir daha Erm. SSR AS RH-nin 26. IV. 1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Voskeask adlandırılmışdır.
Musa (Uçalı)
Musa (başq. Муса, rus. Мусино) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Yeni Bayramqol kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Uçalı): 70 km, kənd sovetliyindən (Yeni Bayramqol): 10 km. ən yaxın dəmiryol stansiyasından (Ural-Tau stansiyası): 70 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100 %) üstünlük təşkil edir.
Musa (Yardımlı)
Musa — Azərbaycan Respublikasının Yardımlı rayonunun Astanlı kənd inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 6 may 1997-ci il tarixli, 293-IQ saylı Qərarı ilə Yardımlı rayonunun Astanlı kənd inzibati-ərazi vahidinin tərkibindəki yaşayış məntəqəsi Musa kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. 2009-cu il tarixinə olan rəsmi məlumata əsasən kənddə cəmi 8 nəfər yaşayır.
Musa (ad)
Musa — kişi adı. Musa ərəb mənşəyi addır. Mənası suya batmaqdan qurtulmuş, sudan xilas olmuş ("Bibliya"da adı çəkilmiş əfsanəvi Moşa peyğəmbərin qədim y. adının ə. forması) anlamına gəlir.[mənbə göstərin] Musa — peyğəmbər. Musa Musayev Musa Musayev (alim) — baytarlıq elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının biologiya elmləri bölməsinin akademik-katibi, AMEA Zoologiya İnstitutunun direktoru. Musa Musayev (siyasətçi) — Milli Məclisin deputatı (2000–2005), Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı (2006–2010). Musa Urud — şair, tibb elmləri namizədi, 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Musa Ağayev — dövlət xadimi. Musa Dasxuranlı — Orta əsrlərdə yaşamış alban tarixçisi.
Musa (peyğəmbər)
Musa (ivr. ‏מֹשֶׁה‏‎; ən tezi e.ə. 1689 və ən geci e.ə. 1391 – ən tezi e.ə. 1473 və ən geci e.ə. 1271) — Allahın elçisi, Misirdə doğulmuş yəhudi əsilli peyğəmbər. Musa Xristianlıq, İslam və Bəhailik kimi İbrahimi dinlərdə mühüm peyğəmbər və yəhudilikdə ən böyük peyğəmbərdir. Rabbinik Yəhudilik Musanın e.ə. 1391–1271-ci illər arasında yaşadığını iddia edir. Elm dünyası Musaya bənzər bir fiqurun mövcud ola biləcəyi ehtimalını nəzəra alır, lakin üstünlük təşkil edən konsensus onun daha çox mifik bir şəxsiyyət olmasıdır.
Musa Abdullayev
Musa Mirməmməd oğlu Abdullayev (27 noyabr 1927, Masallı rayonu – 1979, Bakı) — Azərbaycanın hematoloq alimi, tibb elmləri doktoru, professor, filoloq-tərcüməçi. 1942–1944-cü illərdə Azərbaycanın müstəqilliyi uğrunda yaradılan İldırım təşkilatının, – millətçi tələbə – gənclərin antisovet siyasi təşkilatının 8 üzvündən biri. Musa Mirməmməd oğlu Abdullayev 27 noyabr 1927-ci ildə Masallı rayonunun Qızılağac, kəndində ziyalı ailəsində anadan olmuşdur. Hələ orta məktəb illərindən həmin dövrün görkəmli həkimi, Gədəbəyin Slavyanka kəndində yaşayan milliyətcə alman həkim Zinindən ingilis dili dərslərini alması onun gələcək həyat yolunda həkimlik və mütərcimlik istedadının parlamasında mühüm təkan olmuşdur. O, məktəb yaşlarında olarkən, atası Mirməmməd Abdullayev dövlət qulluğu ilə əlaqədar ailəsi ilə birgə Bakı şəhərinə köçmüşdür. Musa Abdullayev orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Dövlət Tibb Universiteti) müalicə-profilaktika fakültəsini, eləcə də, Azərbaycan Dövlət Pedoqoji Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) ingilis dili fakültəsini bitirmişdir. İldırım təşkilatı, Sovet Azərbaycanını SSRİ-nin tərkibindən çıxarıb, müstəqil milli Respublika təşkil etmək məqsədilə yaradılmışdır. Bu barədə Akademik Ziya Bünyadovun "Qırmızı terror", kitabına istinad etmək olar. Musa Abdullayev 1942–1943-cü illərdə yaradılmış və onun siyasi baxışları ilə üst-üstə düşən İldırım təşkilatı na — antisovet millətçi tələbə-gənclər təşkilatına üzv olmuşdur. Keçmiş SSRİ–də təhsil alan tələbə-gənclərdən biri kimi Azərbaycanın müstəqilliyi, ana dilimizin dövlət dili səviyyəsinə qaldırılması tələbi ilə, 1930-cu illərdən başlayaraq repressiyaya məruz qalmış Azərbaycan ziyalılarının müdafiəsinə qalxmışdır.
Musa Alməmmədov
Musa Səməd oğlu Alməmmədov (20 dekabr 1935, Gədəbəy rayonu) — UNEC-in Fəxri professoru Alməmmədov Musa Səməd oğlu 1935-ci il dekabr ayının 20-də Azərbaycan Respublikasının Gədəbəy rayonun Söyüdlü kəndində anadan olmuşdur. O, 1945-ci ildə Söyüdlü kənd orta məktəbinə daxil olmuş və 1955-ci ildə həmin məktəbi bitirmişdir. Riyaziyyat elminə olan marağı əsasında sənədlərini Azərbaycan Dövlət Universitetinin "Riyaziyyat" fakültəsinə vermişdir. Müvafiq qiymətlər alaraq Universitetin tələbəsi olmuşdur. 1960-cı ildə universiteti əla qiymətlərlə bitirib Azərbaycan Neft Kimya institutunun ali riyaziyyat kafedrasına işə düzəlmişdir. 1963-cü ildə elə həmin kafedrada müəllim vəzifəsinə seçilmişdir. 1963-cü ildə Moskva şəhərindəki E. A. Steklov adına Riyaziyat İnstitutununda əyani aspiranturaya daxil olmuşdur. Dünyanın ən məşhur riyaziyyatçısı M. A. Haymarkın rəhbərliyi altında namizədlik dissertasiyasını yazaraq 1967-ci ildə riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. Musa Alməmmədov 1967-ci ildən 2001-ci ilə qədər indiki Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti olmuşdur. 2001-ci ildən isə həmin universitetin riyaziyyat kafedrasının professoru vəzifəsində çalışıb.
Musa Axundov
Axundov Musa Ağəli oğlu - publisist, Respublika Jurnalistlər Birliyinin üzvü, Ustad Ali Jurnalistika mükafatı laureatı, Əmək veteranı (1998) 1940-cı ildə Ağdam rayonunun Novruzlu kəndində doğulmuşdur.
Musa Aybək
Musa Aybək(özb. Muso Toshmuhammad; 28 dekabr 1904 (10 yanvar 1905) və ya 10 yanvar 1905, Daşkənd, Rusiya Türkistanı general-qubernatorluğu – 1 iyul 1968, Daşkənd) — Özbək şair və yazıçısı, Stalin mükafatı laureatı (1946).. Musa Aybək müasir özbək ədəbiyyatının qüdrətli şair və nasiri hesab olunur. O, 1905-ci ilin yanvarın 10-da Daşkənddə zəhmətkeş ailəsində dünyaya gəlmişdir. Musa Aybək ilk təhsilini əski tipli məktəbdə almışdır, lakin sonradan yeni tipli məktəbdə təhsilini davam etdirib başa vurmuşdur. Ədibin atası Daşməhəmməd Xumsan və Yenibazar qışlaqlarında baqqallıq etmişdir. Özünün qeydlərindən belə aydın olur ki, onun anası cismən zəif olsa da, ağıllı, zirək və rəhmli qadın olmuşdur. Hətta işinin çox olmasına baxmayaraq, asudə vaxt tapan kimi oxumaqla məşğul olmuşdur. M. Aybək 1930-cu ildə Orta Asiya Dövlət darülfününun ictimai fənlər fakültəsinə daxil olmuşdur. 1935-ci ildə buranı bitirib Dövlət darülfünündə siyasi iqtisaddan dərs demişdir.
Musa Ayvazov
Musa Abdulla oğlu Ayvazov — müəllim, Gürcüstan SSR Əməkdar Müəllimi (1973). Musa Ayvazov, 21 mart 1921-ci ildə Gürcüstan Respublikasının Borçalı(Marneuli) rayonunun Sadaxlı kəndində anadan olmuşdur. Sadaxlı kənd 7 illik məktəbini (1936), Sarvanda Borçalı türk pedoqoji texnikumunu (1939) bitirmişdir. Mollaoğlu (1939-1945), Xüldərə (1945-1947) və Təzəkənd kənd (1947-1958) ibtidai məkrəblərində müdir-müəllim işləmişdir. Ömrünün 50 ilini gənc nəslin təlim-tərbiyəsinə həsr etmişdir. Fədakar əməyi yüksək hökumət mükafatları və fəxri fərmanları ilə qiymətləndirilmişdir. Sadaxlı kənd 1 saylı orta məktəbində işləyərkən 1973-cü ildə Gürcüstan SSR Əməkdar Müəllimi fəxri adına layiq görülmüşdür. Musa Ayvazov 1998-ci il fevralın 7-də dünyasını dəyişmişdir.
Musa Ağayev
Musa İsgəndər oğlu Ağayev (28 dekabr 1914, Şuşa – 17 avqust 1965) — dövlət xadimi. Musa İsgəndər oğlu Ağayev 1914-cü ildə Şuşa şəhərində anadan olub. Atası Ağayev İsgəndər Məlik oğlu əslən Xəlfəli kəndindən olub. Öz torpağı olmadığına görə çobanlıq edib. Anası Ağayeva Natəvan evdar qadın olub. 1916-cı ildə ailəsi Bərdəyə köçərək, Lənbəran kəndində məskunlaşıb. 1917-ci ildə hər iki valideyni rəhmətə gedib. Onların ölümündən sonra 3 yaşlı Musanı qardaşı tərbiyə edib. 1924-cü ilə qədər təsərrüfat işlərində qardaşına kömək edib. 1924-cü ildən təhsil almağa başlayıb.
Musa Babayev
Musa Məhəmməd oğlu Babayev — Azərbaycan sərbəst güləş ustası, dəfələrlə SSRİ çempionu. 52 kq çəki dərəcəsində güləşmişdir. Güləşlə 1943-cü ildən məşqul olmağa başlamışdır. 1950-ci ildə SSRİ idman ustası, 1967-ci ildə isə Ümumittifaq dərəcəli hakim kateqoriyası almışdır. 8 dəfə ölkə çempionu olmuşdur. «Dinamo», «Stroitel», «İskra» (Bakı) kimi klublarda çalışmışdır. Sərbəst güləş üzrə SSRİ çempionatı 1949 — ; Sərbəst güləş üzrə SSRİ çempionatı 1950 — ; Sərbəst güləş üzrə SSRİ çempionatı 1951 — ; Sərbəst güləş üzrə SSRİ çempionatı 1952 — ; "Musa Məhəmməd oğlu Babayev". sport-strana.ru. İstifadə tarixi: 2016-07-31. "Бабаев Муса Магомед оглы".
Musa Bayramov
Musa Bayramov (kimyaçı) (d. 1938) — kimya elmləri doktoru, professor, «Neft kimya» kafedrasının müdiri. Musa Bayramov (neftçi) (1901—1998) — Azərbaycan SSR fəxri neftçisi 1964). Sosialist Əməyi Qəhrəmanı (1959).
Musa Bağırov
Musa Bağırov (10 may 1932 – 11 may 2022) — ssenari müəllifi, rejissor, Azərbaycan yazıçısı. Əməkdar incəsənət xadimi Musa Bağırov 10 may 1932-ci ildə anadan olub. Tanınmış sənədli filmlər rejissoru olan Musa Bağırov uzun illər “Azərbaycanfilm” və “Ekran” Yaradıcılıq Birliyində 50-dən artıq sənədli filmə quruluş verib. Onun filmləri bir çox beynəlxalq festivallarda mükafatlara layiq görülüb. O, uzun müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru olub. Professor Musa Bağırov 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kino və televiziya” kafedrasının müdiri təyin edilmişdir. 1997-ci ildə həmin kafedra əsasında “Televiziya rejissoru” və “Kinorejissorluq və operator sənəti” kafedraları yarandı. “Televiziya rejissoru” kafedrasına professor Musa Bağırov rəhbərlik etmişdir. Musa Bağırov həmçinin general Həzi Aslanovla bağlı araşdırmaların müəllifidir. Onunla bağlı film çəkmiş (General Aslanov (film, 1970)), barəsində 1988-ci ildə rus dilində nəşr olunmuş "Generalın yolu", 1999-cu ildə Azərbaycan dilində işıq üzü görmüş "Sərkərdənin taleyi" kitablarının müəllifidir.
Musa Bigiyev
Musa Bigiyev (Musa Bigi, Musa Carullah tatar. Муса Җаруллаһ Бигеев, rus. Муса Яруллович Бигеев; 24 sentyabr 1874, Kikino[d], Penza quberniyası[d] – 28 oktyabr 1949, Qahirə) — görkəmli tatar ilahiyyatçı filosof, publisist. XX əsrin əvvəllərində Rusiya müsəlmanları arasında başlayan cədidizm mütərəqqi hərəkatın liderlərindən biri idi. Musa Carullah Bigeyev (Penza mişər tatarların qədim transkripsiyalarında Bigi kimi gedir) 25 dekabr 1873-ci ildə Penza quberniyasının Kikino kəndində anadan olub. Onun atası Rostov-na-Donuda axund təyin edildikdən sonra, ailəsi ilə ora köçdü. Bigeyev anadan olduğu vaxta və yerə lazımlı diqqət vermədiyi üçün, hazırda bu məlumatın üstündə mübahisələr aparılır. Dünyəvi və dini təhsil almışdır. Rostov-na-Donuda real məktəbi bitirdikdən sonra Bağçasarayın, Kazanın, Buxaranın mədrəsələrində və Qahirənin qocaman müsəlman Əl-Əzhər universitetində təhsilini dava etdirmişdir. 1905-ci ilin mayında vətənə qayıdanda Çistaylı tacir və işan, həmçinin "Kəmaliyyə" mədrəsəsinin banisi olan Məhəmmədzakir Kəmalovun qızı ilə evləndi.